Ermənistandakı daxili gərginlik müəyyən bir siyasi imitasiyadır

Arzu Nağıyev: "Məqsəd nəyin bahasına olursa-olsun Sərkisyan rejiminin saxlanmasıdır"

"Bununla da Dağlıq Qarabağda hazırki status-kvo saxlanılır"

Bu günlərdə Ermənistan yenə daxili siyasi gərginlik dövrünü yaşayır. Həftənin əvvəllərində paytaxt İrəvanda baş verən etiraz aksiyası və polislə qarşıdurma nəticəsində onlarla insanın həlak olması işğalçı ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğunu söyləməyə əsas verir. Hətta Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə qədər hakimiyyət çevrilişinin baş vermə ehtimalından da danışılır. Əsas ortaya atılan iddia isə ondan ibarətdir ki, Ermənistanda gözlənilən mümkün hakimiyyət çevrilişinin ssenari müəllifi Rusiya Federasiyasıdır. Bildirilir ki, Sərkisyan hakimiyyətinin son vaxtlar Kremlin istək və tapşırıqlarına qarşı çıxması Rusiyanı belə bir addım atmaq məcburiyyətində buraxır. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevə müraciət etdik. 

-Arzu müəllim, Ermənistanda yenidən daxili siyasi gərginliyin meydana çıxması sizcə nə ilə əlaqədardır. Doğurdanmı bu ölkə vətəndaş müharibəsi ərəfəsindədir, yoxsa bu növbəti bir şoudur?

-Ermənistanda yaxın zamanlarda vətəndaş müharibəsinin baş verəcəyi inandırıcı görünmür. İlk növbədə buna Rusiya imkan verməz. Çünki məlumdur ki, belə bir hadisə baş verərsə, Ruaiyanın Ermənistandakı 102 saylı hərbi bazası da bu münaqişəyə cəlb oluna bilər və bu da  çox ağır nəticələrə gətirb çıxara bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, daxili gərginlik müəyyən bir siyasi imitasiyadır. Məqsəd də nəyin bahasına olursa-olsun Sərkisyan rejiminin saxlanmasıdır. Bununla da Dağlıq Qarabağda hazırki status-kvo saxlanılır.

-Proseslərin bu cür davam etməsi gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində növbəti mart hadisələrinin təkrarlanacağını söyləməyə əsas verirmi?

-Düşünürəm ki, əsas proseslər Birləşmiş Ştatlarda yeni seçilmiş Prezident Donald Trampın innaqurasiya mərasimindən sonra baş verə bilər. Yəni, yeni dövlət katibi və onun aparacağı xarici siyasətin mahiyyətindən çox şey asılı ola bilər. Eyni zamanda Ermənistanda parlamentin və prezidentin səlahiyyətlərinin bölgüsü məsələsi də gündəmdədir və bu da maraqlı tərəflərin necə razılşmasından asılı olacaqdır. Bu gün Ermənistanda Qarabağ klanından olana, iqtidara qarşı narazılıqlar həqiqətən də artıb və qərbyönümlü siyasi qurumların da aktivliyi artır.Yəni nöbvbəti parlament seçkiləri yenə də Dağlıq Qarabağ münaqişəsindən öz xeyirlərinə istifadə etməklə aparılacaqdır.

-Bu arada Erməniustanın KTMT-yə katiblik istəyinin reallaşmamasında Azərbaycan faktoru nə dərəcədə önəmli rol oynayıb?

-Erməniustanın KTMT-yə katiblik istəyinin reallaşmamasında Azərbaycan faktoru danılmazdır. Yəni KTMT-yə daxil olan ölkələrin öz aralarında problemlər var. Quruma daxil olan ölkələr tam tərkibdə iclaslar keçirə bilmirlər, dövlətlər arasında Suriya və digər ölkələrə birgə qoşun növlərinin çıxarılması məsələsində fikir ayrılığı yaşanır. Belarus tərəfi dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisində konfiliktə qarışmaq fikri yoxdur. Qazaxıstan və Belarus Azərbaycanla müharibə şəraitində yaşayan Ermənistanın KTMT-yə rəhbərlik etməsinə maraqlı deyil.

-Rusiyanın təşkilata katibılik müddətini daha bir müddət təxirə salması regionda yeni hərbi qarşıdurma riskini aradan qaldırmağa hesablanmış addım sayıla bilərmi?

-Ermənistan KTMT-nı öz maraqlarına alət etmək niyyətindədir. Bu dövlətlər isə Ermənistana görə Azərbaycan kimi tərəfdaşı itirmək istəmirlər. Azərbaycan və Belarusu həm hərbi və həm də digər müqavilələr bağlayır. Belarus heç vaxt Ermənistanın KTMT-nın rəhbəri kimi fəaliyyət göstərməsinə razı ola bilməz. Bu, Azərbaycan-Belarus münasibətlərinə xələl gətirə bilər. Eyni zamanda Rusiyanın özü də Ermənistanın KTMT-yə rəhbərlik etməsində maraqlı deyil. Çünki, Rusiyanın bu təşkilatı qurmaqda məqsədi özünü hərtərəfli şəkildə qorumaqdır.

-2017-ci ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyiş baş verə bilərmi?

-Burada əsas məqam Rusiyanın öz xarici siyasətini necə qurmasından çox asılıdır. Dəfələrlə qeyd edildiyi kimi Rusiyanın bu gün regionda tam nüfuz sahibi olduğunu və ümumiyyətlə hər şeyə nəzarət etdiyini də demək olmaz. Çünki Rusiyanın atdığı hər bir addıma qarşı adekvat olaraq Avropa, Qərb və digər dövlətlər də öz addımlarını atırlar. Danmaq olmaz ki, Rusiya bütün münaqişələrin həllində özəl rol oynamağa çalışır və bunda da onun öz maraqları var. Hazırda keçmiş postsovet respublikalarında elə bir münaqişə yoxdur ki, SSRİ-in varisi olan Rusiyanın orada özəl iştirakı olmasın. Eyni zamanda qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun səyləri müsbət bir nəticə verməsə də, beynəlxalq ictimaiyyət artıq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir , beynəlxalq tribunalardan bu haqda deyilir, münaqişənin həll edilməsinin vacibliyinin məhz Ermənistana təzyiq göstərməklə həll edilməsində görür. Eyni zamanda bütün regional layihələrə təhdid kimi baxılan bu münaqişənin hərbi yolla həllini beynəlxalq qurumlar istəmir və daha döğrusu məlum aprel hadisələrinin təkrarlanacağından çəkinirlər və bilirlər ki, Azərbaycan öz ərazilərini işğalçılardan azad etməyə qadirdir. Düşünürəm ki, bütün bunlar nəzərə allınarsa münaqişənin həllində müsbət bir tendensiya yaranacaqdır.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR