Rəşad Məcid: “Gənclərə verilən təqaüdün ləğv olunmasını istəyirəm”

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə bu qəfil görüşümüz səhər-səhər bulvarda baş tutdu. Daha dəqiqi, ordakı "Veteran" kafesində. Əslində, buna müsahibə demək olmaz. Söhbət-mübahisə daha dəqiqdir. Buyurun oxuyun.

Şərif Ağayar    


- Səhər gəzintisidir deyəsən...

- Bu ilin yazından çıxıram bulvara. Sənə deyim ki, Bakını, bulvarı səhər-səhər belə görməmişdim heç. Fevral ayından başlamışam çıxmağa. Həftədə iki-üç dəfə çıxıram. Həm sağlamlıq üçün, həm də görüşlərimi burda keçirirəm.

- Gənclər üzrə katib, "Veteranlar" kafesində...

- Hə... (Gülür). Adını sonra bilmişəm.

- Yoxsa gəlməzdiniz?

- Niyə ki. Adın önəmi yoxdur. Burda həm də köhnə dostları görürəm. Hardasa 10-15 kilometr piyada gəzirəm...  

- Çox yaşamaq istəyirsiz?

- Dünən aktyor Füzuli Hüseynovu gördüm. Onun bir müsahibəsi çıxmışdı. Demişdi, yaşamaqdan yorulmuşam. Mənə çox təsir elədi. İnsanın elə ovqatı olur həqiqətən. Məndə də olur.

- Ramiz Rövşənin şeiri də var də: Məni yaşatmaqdan yoruldu dünya...

- Var hə... Olur o ovqat. Gəzmək mənə xeyir eləyir. Çəkim də xeyli azalıb, özümü yüngül hiss edirəm. Səhərlər şəhər qəribə olur. Xaricdə olanda da səhərlər 5-də, 6-da durub gəzirəm. Strasburqda, Parisdə tezdən çıxıb gəzmişəm həmişə. Adam olmur deyə şəhəri daha çox özününkü hesab edirsən. Doğmalaşırsan ora.

- Sağlamlıq deyirsiz, amma tez-tez siqaret çəkirsiz?

- Yadındadırsa, siqaretə bir şeir də qoşmuşdum. 35 ildi çəkirəm, bir dəfə də xəyanət eləməmişəm. Təyyarədə-filanda olmuşam uzun zaman, amma, hesablamışam, 24 saatı keçməyib. Yəni bu 35 ildə siqaretsiz sutkam olmayıb.

- Sutka nədir, dalbadal çəkirsiz...

- Elədir. Üçcə gün dözə bilsəm ataram.   

- Veteran demişkən, AYB-dəki qocalarla necə yola gedirsiniz?

- AYB-yə təzə gələndə Fikrət Sadıq, Abbas Abdulla və Qabillə otururdum. Cavanlar da gəlmirdilər. Onda çətin idi. İndi Anar müəllimi nəzərdə tutursunuzsa, Anar müəllimi qoca hesab eləmirəm. Anar müəllim mənim ən incə zarafatlarıma elə reaksiya verir ki, məsələn, Elçin Hüseynbəyli onu üç gündən sonra başa düşər. Tam səmimi deyirəm. Fikrət müəllimdə də var... İndi o bir az xəstəhaldı... O mənada özümü narahat hiss eləmirəm. Sənin kənardan baxdığın kimi deyil.   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR