Şamil Əliyevin “Çölçü” filmi Yalta şəhərində nümayiş olunacaq

Rejissor Şamil Əliyevin "Çölçü" bədii filmi Ukraynanın Yalta şəhərində "Birlikdə" XIV Beynəlxalq telekinoforumda iştirak edəcək. Forum cari il sentyabrın 5-dən 11-dək keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Ekran əsəri indiyədək Düşənbə, Almatı, Qahirə, Ankara və digər şəhərlərdə keçirilən beynəlxalq festivallarda iştirak edib. ("OLAYLAR"İA)


 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR