“Nadir Mirzə Qacar. Karnamə” adlı kitab nəşr olunub

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının "Nadir Mirzə Qacar. Karnamə" kitabı çapdan çıxıb. Kitabda müəllif - Qacar şahzadəsi Nadir Mirzə 260-dan artıq qədim Azərbaycan xörəyinin reseptini toplayaraq sadə bir dildə oxuculara təqdim etmişdir. Əsərdə klassik şairlərin yaradıcılığından çoxlu nümunələr gətirilib. Yeni nəşr milli xörəklərimizi mənimsəmək istəyənlərə, mədəniyyətimizin qədimliyini inkar edənlərə tutarlı cavabdır. 
Məsləhətçi və ön söz müəllifi Milli Kulinariya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov, tərcümənin redaktoru isə Arif Ramazanovdur. ("OLAYLAR"İA)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR