“Özbəkistandan Qəhrəmanın izilə…” sənədli filmi təqdim olundu

Beynəlxalq Mətbuat Mərkəzində Türk Dünyasının qəhrəmanı İbad Hüseynlinin savaş yolundan bəhs edən "Özbəkistandan Qəhrəmanın izilə..."  sənədli filminin təqdimat mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə ictimaiyyət və media nümayəndələri iştirak edib.

Filmin müəllifi tanınmış özbək tarixçi-publisisti Şuxrat Salamov (Şuxrat Barlas) bildirib ki, İbad Hüseynli haqqında müxtəlif kitablar yazılıb və filmlər çəkilib. Lakin "Özbəkistandan Qəhrəmanın izilə..."  sənədli filmində İbad Hüseynov haqqında daha öncə danışılmamış fikirlər yer alıb.

Şair- jurnalist Gülşən Behbud qeyd edib ki, film Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrinin genişləndirilməsində , vətənpərvər özbək bacı qardaşlarımızın diqqətini Azərbaycan qəhrəmanlıgına olan sevgisinin nəticəsidir. Filmin müəllifi Şührət Salamov Barlas araşdırmaçı jurnalist, tarixçi olmaqla yanaşı , özü kəşfiyyatçı, döyüşçü olub. Bu baxımdan bir kəşfiyyatçının digər kəşfiyyatçı haqqında düşüncələri maraqlıdır.

Qeyd edək ki, film, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çəkilmişdir. 

Tədbirdə daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin "Mən bir əsgərəm" layihəsi çərçivəsində hazırlanan film nümayiş olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR