"NEW WAY" Birinci Beynəlxalq Musiqi Festivalında Azərbaycanı təmsil edilib

Alman- Azərbaycan Dostluq Cəmiyyəti və "Novus Via" layihəsi Azərbaycan Dövlət AkademikFilarmoniyasının"Gənclərə dəstək" layihəsinin dəstəyi ilə Almaniyanın Hannover və Tsell şəhərlərində möhtəşəm "NEW WAY" Yay Festivalı təşkil edib. Festivalda Rusiyadan, Almaniyadan, Azərbaycandan, Türkiyədən, İrandan vədigər olkələrdən olan musiqiçilər iştirak ediblər.

Olaylar.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanın folklor və klassik musiqisini, o cümlədən xalq mahnılarını Almaniyada təbliğ edərək yayımlamaqdır. Sərhəd tanımayan mədəniyyətin zəngin ənənələri ilə seçilən Azərbaycanın milli musiqi irsi özünün qədim ənənələri və onlara söykənən müasir əsərləri ilə dünyanın hər yerində unudulmaz izlər qoyur. Bu baxımdan "NEW WAY" layihəsi həm klassik, həm də müasir Azərbaycan musiqisinin təşviqində gözəl bir təcrübədir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 nömrəli uşaq musiqi məktəbinin direktoru, Respublika və Beynəlxalq müsabiqələr laureatı, tarzən Neymət Mürsəlov Festivalda Azərbaycan təmsilçilərindən biri kimi repertuatında həm klassik, həm də müasir musiqi nümunələri daxil etməklə yanaşı, Azərbaycan və Qərbi Avropa musiqisinin incilərini dəbir araya gətirib. O I.Bramsın "Macar reqsi"ni, V.Adıgözəlovun "Qərənfil" romansını, İ.İsrafilovanın "Cahargah Skertso" və sairə musiqi əsərlərini tarda məharətlə ifa edib.

"NEW WAY" Birinci Beynəlxalq Musiqi Festivalının yekununda iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR