Alman zabiti tərəfindən oğurlanmış tablo İtaliyaya qaytarılacaq

Almaniya nasist qoşunlarının komandirinin 1943-cü ildə Florensiyanın Uffizi rəsm qalereyasından oğurladığı "Vazada güllər" tablosunu İtaliyaya qaytaracaq. Tablonun müəllifi holland rəssamı Yan van Hyoysumdur və o, ilk dəfə 1824-cü ildə Florensiyada nümayiş etdirilib. Bu rəsm əsəri 1991-ci ildə bərpa olunub, lakin Berlində saxlanılan tablo Almaniyanın birləşməsindən sonra da geri verilməyib.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, milyon avrodan çox qiyməti olan bu rəsm əsəri Almaniyada bir ailənin evində saxlanılır. Yanvar ayında rəsm qalereyasının direktoru Eyke Şmidt bildirib ki, Almaniyanın bu tablonu İtaliyaya qaytarması bir mənəvi borcdur. Adının açıqlanmasını istəməyən ailə başçısı rəsm əsərinə görə 2 milyon avro tələb edib. Muzey direktorunun müraciətindən sonra Almaniya hökuməti tablonu götürmüş nasist zabitinin ailəsi ilə əlaqə yaradıb. Die Zeit qəzetinin məlumatına görə, hökumətin vəkili həmin şəxsin hüquqi baxımdan oğurlanan tablonun sahibi ola bilməyəcəyini əsaslandırıb. Lakin ailə üzvləri iddia edirlər ki, zabit tablonu bazardan satın alıb.

Alman hökumətinin bu problemi həll edəcəyi vaxtadək Uffizi rəsm qalereyasında tablonun ağ-qara fotoşəkili nümayiş etdiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR