Şamaxıda 5-ci Beynəlxalq Yoqa günü qeyd edilib

Hindistanın Bakıdakı Səfirliyi Şamaxı Rayon İcra Hakimiyyəti və Yoga Şahi Studio ilə birgə əməkdaşlıq çərçivəsində Şamaxı rayonunun Yusif Məmmədəliyev qəsəbəsində Şamaxı Astrofızika Rəsədxanasına yaxın ərazidə yerləşən 'Fortuna' İstirahət Mərkəzində Beynəlxalq Yoqa Gününə həsr olunmuş yoqa tədbiri həyata keçirilib.

Olaylar.az bildirir ki, açıq havada təşkil olunan yoqa tədbirində 150-dən çox adam iştirak edib.

Tədbiri Şamaxı Rayon İcra Hakimiyyətinin Başcısı Tahir Məmmədov açıq elan edərək müasir dövrdə insanlar arasında populyarlıq qazanan yoqanın insan həyatında fiziki və mənəvi sağlamlıq üçün böyük rol oynadığını qeyd edib. Daha sonra Hindistan Respublikasının Azərbaycandakı səfiri Vanlalvavna Bavintlunq çıxış edərək tədbirin keçirilməsindən məmnunluğunu bildirib və qeyd edib ki, keçirilən bu cür tədbirlərin xalqlar arasındakı mədəniyyət körpüsü rolu oynayır. O, həmçinin tədbirlərin keçirilməsinə böyük dəstək verən Azərbaycan Hökümətinə dərin minnətdarlığını bildirib.

Seans zamanı iştirakçılar Yoqa Şahi studiosunun təlimçisi Sabina Şahi tərəfindən göstərilən müxtəlif yoqa hərəkətləri vasitəsilə gündəlik həyatda yaşanan problemlərin yaratdığı gərginliklərdən xilas olmağın yollarını öyrəniblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR