Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq.

Olaylar.az bildirir ki, tədbir iyunun 27-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və "HAVİSSOS" Şirkətinin dəstəyi ilə keçirilir.

Tədbirdə rəssamın bir neçə əsərinin sərgisi təşkil olunacaq, onun həyat və yaradıcılığını əks etdirən filmin təqdimatı keçiriləcəkdir.

2016-ci ilin iyununda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafına göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR