"Şəki" sənədli filmi beynəlxalq festivalda mükafat qazanıb

"Salnaməfilm studiyasında"  dövlət sifarişi ilə 2018-ci ildə istehsal olunmuş  "Şəki" sənədli filmi Türkiyənin İstanbul şəhərində keçirilmiş  IV Beynəlxalq Turizm Filmləri Festivalında iştirak edərək, festivalın "Ölkə filmləri" kateqoriyasında  "Ən yaxşı film" mükafatına layiq görülmüşdür.

Filmin rejissoru Vüqar İslamzadə, operator Rauf Qurbanəliyev, İcraçı prodüseri Azad Axundov,  baş prodüser Nazim Hüseynovdur.

Qeyd edək ki, İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR