Məşhur meksikalı musiqiçilər çıxış etdilər - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində məşhur meksikalı musiqiçilər - Xavyer Nandayapa və Mirna Yamın konserti təşkil olunub.

Olaylar.az bildirir ki, konsert Meksikanın ölkəmizdəki səfirliyi, Beynəlxalq Muğam Mərkəzi, "Landmark" oteli və "Türk Hava Yolları"nın birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini çıxış edərək musiqili gecənin Xavyer Nandayapanın 30 illik səhnə fəaliyyətinə həsr olunduğunu söyləyib. İstedadlı musiqiçinin yaradıcılığını yüksək qiymətləndirən səfir qeyd edib ki, 1989-cu ildə "Marımba Nandayapa" qrupu ilə musiqi fəaliyyətinə başlayan Xavyer dünyanın bir sıra ölkələrinə səfər edərək solo ifa edib. İyirmi ildən artıq o, gənc marimba ifaçıları üçün ustad kursları keçib. Xavyer Nandayapa 2011-ci ildən Tabasko ştatı marimba ifaçılarının beynəlxalq festivalının bədii rəhbəridir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR