İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb

Romanın "Villa Borghese" parkındakı tarixi "Casa del Cinema" kino evinin "Teatro all'aperto Ettore Scola" açıq səma altında teatrında keçirilən rəsmi açılışı və "Arşın mal alan" filminin nümayişi ilə başlayıb.

Olaylar.az bildirir ki, festivalın ikinci günü Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan "Son iclas" bədii-sənədli filminin nümayişi ilə başlayıb.

Festivalın ikinci günü, eləcə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan ssenari müəllifləri İlham Nəcəf və Asif Rüstəmov, rejissoru İlham Nəcəf olan "Nar Bağı" filmi də nümayiş olunub.

Festivalın sonuncu günü quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa olan "Üçüncü günün adamı" bədii filminin nümayişi ilə başlayıb. "Üçüncü günün adamı" filminin nümayişindən öncə həmin filmin süjet xəttinə uyğun olaraq səfir Məmməd Əhmədzadə italyan tədqiqatçı-jurnalist, "İtaliyadan Azərbaycana Baxış" kitabının müəllifi Domeniko Letizia ilə birgə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin acı taleyi və öz evlərinə qayıtmaq kimi fundamental hüquqlarının pozulması barədə danışıblar.

Festival yazıçı Anarın "Beşəmərtəbəli binanın altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılmış, quruluşçu rejissor Rasim Ocaqov, baş rol ifaçıları Fəxrəddin Manafov və Meral Konrat olan "Təhminə" filminin nümayişi ilə yekunlaşıb.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, "Casa del Cinema", "Zetema", "RAI Cinema" kimi qurumların təşkilatçılığı ilə keçirilən festivala "Askanews" xəbər agentliyi, Azərtac, AzTV və "AzerbaijanNews" xəbər portalı media tərəfdaşlığı edib.

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və festivalla bağlı İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri yayımlayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR