Mədəniyyət Nazirliyi müsabiqə elan edir - Pedaqoji kadrların işə qəbulu üzrə

Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.

Olaylar.az bildirir ki, bununla əlaqədar olaraq nazirliyin müvafiq əmri ilə müsabiqə komissiyası yaradılmışdır. Komissiya Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə VI müsabiqəni elan edir. 

Bildiririk ki, elektron ərizələrin qəbulu cari ilin iyunun 20-dən iyulun 1-dək aparılacaqdır. Müsabiqənin ikinci mərhələsinə (müsahibə mərhələsi) 5 iyul 2019-cu il tarixində start veriləcəkdir.

Qeyd edək ki, pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar nazirliyin rəsmi internet saytının elanlar bölməsində yerləşdirilib. Həmin məlumatları qeyd olunan linkə daxil olmaqla əldə etmək mümkündür: https://bit.ly/2XxhNVj 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR