Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub

NETTY 2019 Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimi keçirilib. Olaylar.az bildirir ki, mərasimdə cari ildə müsabiqədə iştirak edən "Dövlət", "Mədəniyyət və yaradıcılıq", "İqtisadiyyat və biznes", "Təhsil və elm", "İnformasiya və xəbərlər", "Elektron xidmətlər və ticarət" və s. nominasiyalar üzrə ən yaxşı internet resursları elan olunub.

Dövlət internet saytları üzrə nominasiyada Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" - www.intangible.az portalı qalib olub. Bundan əlavə, "Mədəniyyət və yaradıcılıq" nominasiyasında http://shekiculture.az  saytı 1-ci yeri qazanıb. Bu istiqamət üzrə 2-ci yeri http://ismayilliculture.az saytı tutub.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" portalının NETTY 2019 Azərbaycanın Milli internet mükafatına layiq görülməsini yüksək qiymətləndirərək bu layihənin mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfə olduğunu vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR