“Abbasqulu Ağa Bakıxanov – 225” adlı sərgi keçirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub.
Çoxcəhətli bədii və elmi yaradıcılığa malik olan Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq və astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir.
Sərgidə Abbasqulu Ağa Bakıxanovun Azərbaycan və rus dillərində "Seçilmiş əsərlər"i, "Qüdsinin sərgüzəştləri", "Hind əfsanəsi", "Bədii əsərlər", "Əsrarül-mələküt", "Gülüstani-İrəm" kitabları, eləcə də elmi və ədəbi irsinin digər nümunələri nümayiş olunur.
Sərgi iyul ayının 2-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR