“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalı yekunlaşdı

Bakı şəhəri Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayında "Bölgələrdən bölgələrə" II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi.

Olaylar.az bildirir ki, tədbirdə regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirən sərgi təşkil edilib. Tədbir çərçivəsində yaradıcılıq festivalda fəal iştirak edən regional mədəniyyət idarələri, sənətkarlar, musiqi kollektivləri, incəsənət ustaları, habelə festivalın təşkilinə yüksək dəstək göstərmiş rayon-şəhər icra hakimiyyətləri mükafatlandırılacaq. Bədii hissədə nazirliyin regional idarələrini təmsil edən və festivalda fərqlənmiş musiqi kollektivləri və incəsənət ustalarının çıxışlarından ibarət konsert proqramı təqdim olunacaq.

Festival çərçivəsində 80-ə yaxın musiqi kollektivi (folklor, rəqs, musiqi ansamblı, xor və s.), 50-dən çox incəsənət ustası müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və s.) çıxış edib, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil olunub.

Qeyd edək ki, 2018-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə" ilk yaradıcılıq festivalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR