İmadəddin Nəsiminin əsərləri özbək dilində

Özbəkistanda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə "Cananı sevirəm" adlı qəzəllər kitabı özbək dilində çap olunub.

Olaylar.az bildirir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə çap olunan kitabı Azərbaycan dilindən tanınmış şair və tərcüməçi Tahir Qəhhar çevirib.

Layihənin rəhbəri və ön sözün müəllifi AMM-in direktoru Samir Abbasov, elmi məsləhətçisi Sona Vəliyevadır.

Ön sözdə bildirilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-ci il Azərbaycanda "Nəsimi ili" elan edilib və bu münasibətlə dünyanın müxtəlif ölkələrində İmadəddin Nəsiminin kitabları çap olunur, böyük şairin həyatı və yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR