Xanəndə Mirzə Məhəmmədhəsən anıldı

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti buraxılışı məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənə həsr edilib.

Olaylar.az bildirir ki, iyunun 17-də keçirilən tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılıb, tanınmış xanəndələrin ifaları təqdim edilib.

Tədbirdə tədqiqatçı alim Gülhüseyn Kazımlı bildirilib ki, Məhəmmədhəsən Azərbaycanın ən gözəl dilbər güşələrindən birində doğulub. O zaman nə şair idi, nə də xanəndə. Şamaxıda doğulan yüzlərlə uşaq kimi, onu da mədrəsəyə dini təhsil almağa göndərirlər. Hələ adının əvvəlində Mirzə olmayan gənc Məhəmmədhəsən azan oxumağı öyrənib. Onun Quranı belə gözəl avazla oxuması həyatında böyük dəyişiklikliyə gətirib. Həmin şəhərdə yaşayan messenant Mahmud ağa onu öz məclisinə dəvət edir. Bu andan Məhəmmədhəsənin həyatında dəyişiklik baş verir. Ona muğamın sirlərini öyrədirlər və adının əvvəlinə Mirzə sözünü əlavə edirlər. Bir müddətdən sonra Mirzə Məhəmmədhəsən çox gözəl bir xanəndə kimi yetişir və şöhrəti nəinki Şirvana, hətta Azərbaycanın digər bölgələrinə yayılır.

Şamaxı torpağının yetirməsi olan məşhur xanəndə, həm də "Nalə" adlı şeirlər kitabının, "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifidir. Xanəndə 1917-ci ildə vəfat edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR