Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti keçiriləcək

İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçiriləcək.

Olaylar.az bildirir ki, ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur. Gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndiriləcək.

Saat 20:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR