Bakı Yay Caz Günləri başa çatıb

Paytaxtımızda keçirilən Baku Summer Jazz Days (Bakı Yay Caz Günləri) bir-birindən maraqlı təqdimatlarla yadda qalıb.

Olaylar.az bildirir ki, festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində təqdim olunan konsertlər böyük alqışlarla qarşılanıb.

Festivalın növbəti caz gecəsinə Gürcüstanın hazırda ən məşhur etno-caz qruplarından "İRİAO" və Avropada ən gənc və populyar fank-caz ifaçılarından olan Tom İbarranın kvinteti qoşulub.

Festivalın proqramında, bir ənənə olaraq, gənc cazmenlər, virtuoz çalğıçılar, vokalçılar da yer alır. Gənc fransız elektrogitaraçısı və bəstəkarı Tom İbarra - LetterOne Rising Stars mükafatı laureatı, iki CD albomunu buraxmış perspektivli ifaçılardandır. Əsasən fank, fanki-füjn, jazz-rock və digər bu qəbildən olan müasir cərəyanlarda çalışan İbarra 2015-ci ildə gerçəkləşdirdiyi "Sparkling" albomundan kompozisiyalar ifa edib.

Bakı Yay Caz Günləri Festivalı Rusiyanın ən möhtəşəm və məşhur caz heyətlərindən biri - Oleq Lundstrem adına Caz Orkestrin konserti ilə öz işini başa vurub. Bu il öz fəaliyyətinin 85 illiyini qeyd edən bu məşhur heyət Bakı Dənizkənarı Bulvarda böyük bir publika toplayaraq, zəngin ənənəvi və müasir proqramlı caz axşamı təqdim etdi. "Ginnes" rekordlar kitabına ən uzunmüddətli orkestr kimi daxil olmuş bu canlı əfsanəvi heyət bakılı cazsevərlərə də öz möhtəşəm ifası ilə gözəl caz bayramı ovqatı bəxş edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR