Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olundu

Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley tədbirində çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bəsti Cəfərovanın sənətkar yolundan danışıb, onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, daha böyük yaradıcılıq uğurları arzu edib.

Olaylar.az bildirir ki, Azər Paşa Nemətov Mədəniyyət naziri Əbülfəs Qarayevin Bəsti Cəfərovaya ünvanlanan təbrik məktubunu oxuyub.

Azərbaycan Teatr Xadimləri İttifaqı adından Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının kollektivi adından Xalq artisti Ramiz Novruz Bəsti Cəfərovanı təbrik ediblər.

Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib. Keçdiyi sənət yoluna nəzər salan yubilyar tamaşaçıların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini deyib.

Yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə uğurla nümayiş olunan "Qətibə İnanc" tamaşası oynanılıb.

İki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz​ ​ Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.​

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar​ mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Səhnə əsərində xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc) və Sabir Məmmədov (Nizami), aktyorlar Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Rövşən Kərimduxt (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak edirlər.​

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR