"Unudulmayanlar" layihəsi Şirvan xanəndəsinə həsr olunacaq 

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti buraxılışı məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənə  həsr ediləcək. Olaylar.az bildirir ki, tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılacaq, tanınmış xanəndələrin ifaları təqdim ediləcək.

Şamaxı torpağının yetirməsi olan məşhur xanəndə həm də  "Nalə" adlı şeirlər kitabının, "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifidir. Xanəndə  1917 -ci ildə  vəfat edib. 

Qeyd edək ki, BMM muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

17 iyun tarixində təşkil ediləcək gecəyə giriş sərbəstdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR