“Nəsimi ili-Nəsimi dili” tamaşası Dərbənddə təqdim olundu

Dərbənddə Bakı Uşaq Teatrının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi ili-Nəsimi dili" kompozisiya- tamaşası təqdim olunub.

Olaylar.az bildirir ki, Uşaq Teatrının bu qədim şəhərə qastrol səfəri Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının (ADDT) və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvətilə baş tutub. Dram Teatrının direktoru Firdovsi Əsgərov, quruluşçu rejissoru Yaqut Xandadaşova, Dərbənd Şəhəri Dairəsi Administrasiyasının başçısının müavini Vidadi Zeynalov, şəhər mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli qastrola gəldiklərinə, öz sənətkarlıqlarını nümayiş etdirdiklərinə, Nəsimi poeziyasına bir daha dalmaq imkanı yaratdıqlarına görə Bakı Uşaq Teatrının kollektivinə minnətdarlıqlarını bildiriblər.

F.Əsgərov Dərbəndlə mədəni əlaqələrinə verdikləri töhfəyə görə Uşaq Teatrının direktoru İntiqam Soltana və kollektiv üzvlərinə  təşəkkürnamə təqdim edib.

İ.Soltan öz növbəsində direktor F.Əsgərova, baş rejissor Sərvər Əliyevə, Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abasova, aktyor Sərxan Səmədova, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə diplomlar təqdim edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR