“Aypara” muğam qrupu Litvada uğurla çıxış etdi

Litvada Vilnus şəhərində Respublika günü ve diplomatik əlaqələrin yüz illiyində iştirak edən "Aypara" muğam qrupunun üzvləri vətənə dönüblər.

Olaylar.az bildirir ki, qrup Litvanın Birshtonas şəhərində keçirilən Şəhər bayramında da ölkəmizi təmsil edib. Birshtonas şəhərində ilk dəfə bayrağımızı dalğalandıran muğam qrupunun üzvlərinin uğurlu çıxışı Azərbaycanın Litvadakı səfiri cənab Tamerlan Qarayev tərəfindən diplomlarla layiq görülüb.

Qeyd edək ki, ölkəmizi Litvada xanəndə Gülzar Fərəcova Respublika Muğam Televiziya  müsabiqəsinin diplomantıdır. Azərbaycan Milli konservatoriyasının  III kurs tələbəsidir və Sumqayıt şəhər Səid Rüstəmov adına uşaq incəsənət məktəbində müəllimə kimi fəaliyyət göstərir.

Tarzən Ədalət Behbudov Respublika və Beynəlxalq müsabiqələr qalibi,Bakı Humanitar Kollecində müəllim vəzifəsində çalışır.

Kamança ifaçısı Pərviz Fərhadov Respublika və Beynəlxalq müsabiqələr qalibidir.Azərbaycan milli konservatoriyasında müəllim vəzifəsində çalışır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR