Yazıçımızın kitabı Qızıl meydanda təqdim olunub

Moskva şəhərində, məşhur Qızıl meydanda 5-ci kitab festivalı keçirilib. 6 gün, 74 saat, 327 nəşriyyat, 1560 metr uzunluğunda kitab rəfləri, 100 000 kitab satışı, 12 meydança, 12 səyyar muzey, 748 hadisə, 134 sevimli müəlliflə görüş - bütün bunlar festivalın çox nəhəng əhatə dairəsindən xəbər verirdi.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan yazıçısı Varis Yolçiyevin Moskvada "Qızıl LiFFt" seriyasından nəşr edilən "Metamorfoz. Bir gecənin əhvalatı" kitabı da oxuculara təqdim olunub. 15-ci pavilyonda təşkil edilən təqdimatda yazıçımız romanından, yaradıcılığından danışıb, oxucuların suallarını cavablandırıb. Sonra oxucular satışdan əldə etdikləri kitabları yazarımıza imzaladıblar.

Xatırladaq ki, Varisə 2018-ci ildə Avrasiya materikinin ədəbiyyatı üzrə LiFFt festivallar festivalında qalibiyyət gətirən, 2019-cu ildə London Mükafatı qısa siyahısına namizəd olan "Metamorfoz" romanı indiyədək Azərbaycandan savayı Rusiya və ABŞ-da nəşriyyat hesabına çap olunub. Hazırda roman Böyük Britaniyada nəşrə hazırlanır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR