“Madriddə ifamıza qulaq asanlar elə bilirlər ki, biz ispanıq”

Cəmil Quliyev: "Avropada yayımlanan klipimdə Qarabağ mövzusuna müraciət etmişəm"

Xaricdə yaşayan azərbaycanlılar arasında istedadlı soydaşlarımız da az deyil. Onlardan biri də İspaniyada yaşayan musiqiçi Cəmil Quliyevdir. Cəmil Quliyev 1984-cü ildə Salyan rayonunda musiqiçi ailəsində anadan olub. Musiqiçi ailəsində anadan olmasına baxmayaraq əvvəllər kikboksinqlə məşğul olur. Dəfələrlə Azərbaycan çempionluğunu qazanır, müxtəlif turnirlərin qalibi olur. İdman ustası adı alır, eyni zamanda Azərbaycan və Türkiyədə məşqçi kimi fəaliyyət göstərir. Cəmil Quliyev "Olaylar"a bildirib ki, 2013-cü ildən İspaniyada yaşayır. Əvvəllər başqa sahədə fəaliyyət göstərsə 2016-cı ildən musiqi ilə məşğul olmağa başlayır: "Çünki atam hər zaman mənə deyərdi ki, "musiqini buraxma, səndə istedad var və özün bunu bilmirsən". Mən də yavaş yavaş musiqi ilə məşğul olmağa başladım, restoranlarda ifa edirdim. Müəyyən zamandan sonra qardaşımı da bura dəvət eldim və iki qardaş bu işi davam etdiririk. "Grupo los hermanos" (qardaslar qrupu) adlı bir qrup yaratmışıq. Günü gündən bizə təkliflər artır və bu bizi sevindirir. Hamı bizim ifamıza qulaq asanda elə bilir ki, biz ispanıq. Azərbaycanlı olduğumuzu deməsək ispan olduğumuzu güman edirlər. Hətta azərbaycanlı olduğumuzu deyəndə təəccüblənirlər". Cəmil Quliyevin sözlərinə görə, ailə problemləri ilə bağlı olaraq qardaşı Azərbaycana qayıdıb: "Mən isə hazırda fəaliyyətimi tək davam etdirirəm. Şükür Allaha ki, artıq bir konsert vermişəm. Bu "Ayutamendo de Madrid" adlanan önəmli dövlət qurumunun təşkil elədiyi konsert olub. Yəni bu, Madriddə dövlət səviyyəsində təşkil olunan bir konsert deməkdir. Albomum da artıq hazırdır və bu yaxınlarda işıq üzü görəcək". Cəmil Quliyev Azərbaycanı heç bir zaman yaddan çıxarmır, ölkəmizi tanıtdırmağa çalışır, eyni zamanda Qarabağ mövzusuna da müraciət edir: "Mən özümə borc bilirəm ki, burada Azərbaycanı, Qarabağı da tanıtdırım: "Avropada yayımlanan klipimdə Qarabağ mövzusuna müraciət etmişəm. Bu klip bu yaxınlarda bir yarışma layihəsinə təqdim olunacaq. Mahnı rus gitaraçısı Diduliyaya aiddir. İfamın uğur qazanacağına inanıram...".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR