Zülfüqarovun 90 illiyi qeyd ediləcək

Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, "Şöhrət" ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.

Olaylar.az bildirir ki, ununla əlaqədar mayın 31-də saat 12.00-da İkinci Fəxri Xiyabanda Oqtay Zülfüqarovun doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq. Həmin gün saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev), solistlər - Əməkdar artist Aleksey Miltıx (violonçel), Əminə Zülfüqarova (fleyta) və başqaları iştirak edəcəklər.

4 iyun 2019-cu il tarixində saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Oqtay Zülfüqarovun 90 illiyinə həsr olunmuş daha bir tədbir keçiriləcəkdir.

Qeyd edək ki, Oqtay Qədir oğlu  Zülfüqarov  2016-cı il avqust ayının 31-də ömrünün 87-ci ilində vəfat etmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR