İsmayıl Şıxlının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək

Mayın 30-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcəkdir.

Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncam imzalamışdır.

Xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur "Dəli Kür" romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir.  

İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR