Fotoqrafika sərgisi keçiriləcək -  "Zəriflik"

Mayın 27-də, saat 15:00-da  Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə 28 May Respublika Gününə həsr olunmuş "Zəriflik" adlı fotoqrafika sərgisi keçiriləcək.

Olaylar.az bildirir ki, sərgidə İncəsənət fakültəsi tələbələrinin, müəllim-rəssam Anar Səfərlinin, 
eləcə də Azərbaycan Fotoqrafları Birliyinin sədr müavini Rauf Umudovun və birliyin üzvü Arzu Mürvətovanın fotoları nümayiş olunacaq.
Qeyd edək ki, sərgi Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyi çərçivəsində keçirilir. Giriş sərbəstdir.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR