Muzey direktoru mükafatlandırıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev "Azərbaycanda təsviri incəsənətin inkişafında, milli-mədəni irsimizin qorunması və xarici ölkələrdə təbliği sahəsində böyük xidmətlərinə, Respublikada layiqli, "yüksəkmədəniyyətli insanlar cəmiyyətinin" inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə" "Simurq" beynəlxalq medalı ilə təltif olundu.

Seminarı "Simurq" Azərbaycan Assosiasiyasının prezidenti Fuad Məmmədov "Azərbaycanda yüksəkmədəniyyətli, layiqli insanların inkişafı" adlı mövzusunda məruzəsi ilə seminarı açdı. 

Daha sonra "Azərbaycan incəsənəti: dünən, bu gün, sabah" adlı mühazirəsi ilə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış etdi.

"İçərişəhər" Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova "Azərbaycan mədəniyyətinin inkişafında Azərbaycan Milli İncəsənət Muzeyinin rolu" adlı mühazirəsində şəxsiyyətin və cəmiyyətin inkişafında muzeyin tutduğu mühüm mövqedən bəhs etdi. 

Fuad Məmmədovun bildirdi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professoru Çingiz Fərzəliyevin "Azərbaycanda təsviri incəsənətin inkişafında, milli-mədəni irsimizin qorunması və xarici ölkələrdə təbliği sahəsində böyük xidmətlərinə, Respublikada layiqli, "yüksəkmədəniyyətli insanlar cəmiyyətinin" inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə" "Simurq" beynəlxalq medalı ilə təltif olunması tədbirin kulminasiya nöqtəsi oldu. Əməkdar incəsənət xadimi, çoxsaylı beynəlxalq mükafatlar və fəxri adlar sahibi, muzeyin direktoru Çingiz Fərzəliyev onun fəalliyyətinə göstərilən diqqətə görə təşəkkür etdi. Çingiz Əbdül Məcid oğlu Respublika rəhbərliyinə muzey və Azərbaycan mədəni irsinə göstərilən diqqət və qayğıya görə bir daha dərin minnətdarlığını bildirdi. Daha sonra bu mükafatın muzeyin kollektivinə məxsus olduğunu xüsusilə dilə gətirdi.

Tədbirdə Muzey işi və mədəni şərvətlər şöbəsinin şöbə müdüri Azadə Hüseynova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı Arif Əziz, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova, Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova təbrik nitqləri ilə çıxış etdilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR