"Elə pozğun müğənnilər..." - Meyxanaçı efirdə TƏHQİR ETDİ: GƏRGİNLİK

"Müğənnilərin 90 faizi nə ətdir, nə balıq. Ümumiyyətlə bilinmir nədirlər".

Milli.Az xəbər verir ki, bunu "5/5"də çoxdandır efirlərdə görünməyən meyxanaçı Aqşin Fatehdeyib.

Meyxanaçının sözü verilişin digər qonağı Nazəninin ürəyincə olmayıb. Müğənni Aqşinə"Amma mən razılaşmıram Aşqinlə. Çünki hələ Aqşinə çox tezdir müğənnilər haqda belə danışmaq. Çünki o qədər dəyərli sənətkarlarımız var ki, onlar bizə baxırlar" ifadələri ilə reaksiya verib. 

Meyxanaçı xanım müğənninin reaksiyasından sonra fikirlərini əsaslandırıb:

"Mən gördüklərimi deyirəm, hazırki durumdan danışıram. Müğənnilərin 85 faizi evlərini, yeməklərini, bağlarını, maşınlarını qoyub ortalığa reklam edir. Nə acı, nə hamiləni, nə kasıbı, nə aşağı səviyyədə yaşayan insanları nəzərə almır ki, mən özümü bu gün göstərirəm, kimsə baxar deyər ki, bəxtəvər bunun başına. Elə pozğun müğənnilər də var ki, onların lüks maşınları, evləri, geyimləri, şəraitlərini görən körpələr deyirlər ki, deməli, mən bu maşını sürmək üçün, bu evdə yaşamaq üçün onun kimi olmalıyam. Yəni, çoxları baxır onlara ibrət götürür". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR