“Özümüzdən böyük sözümüz” təqdim edildi

Mayın 23-də Azərbaycan Yazıçılar Birliyində xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının 60 illik yubileyi və yeni kitabının təqdimatı oldu.

Olaylar.az bildirir ki, təqdimatda AYB sədri Anar, millət vəkili Fazil Mustafa, yazıçılar və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə iştirak edənlər Sabir Rüstəmxanlı yaradıcılığına nəzər salaraq "Özümüzdən böyük sözümüz" kitabı haqqında fikirlərini bölüşüblər.

Kitabda Sabir Rüstəmxanlının dil, ədəbiyyat və cəmiyyət haqqında düşüncələri, tanınmış qələm sahibləri haqqında müxtəlif illərdə yazılmış portret oçerkləri toplanıb. Kitab Sabir Rüstəmxanlını həm də ciddi, təkrarsız ədəbiyyatşünas -alim kimi təqdim edir.

Qeyd edək ki, kitabın redaktoru və ön söz müəllifi yazıçı Səhər Əhməddir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR