“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib

Mayın 22-də "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib. Olaylar.az bildirir ki, İnstitutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə birgə ərazidəki vəziyyətlə tanış olub.

Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunda ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılacaq.

Hazırda qoruq ərazisində əməkdaşlar üçün inzibati binanın tikilməsi ilə bağlı danışıqlar aparılır. İşçilərin qoruq ərazisində daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidəki yollar təmir-bərpa olunacaq. Qoruq ərazisində olan tarixi abidələrin konservasiyası, mühafizəsinin daha da artırılması kimi zəruri işlər həyata keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR