Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq. Olaylar.az bildirir ki, tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq Teatr bayram günlərində iyunun 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış" iki hissəli komediyasını nümayiş etdirəcək.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.

2015-ci ildən teatrın repertuarına daxil olan və hər dəfə uğurlu nümayişi ilə yaddaşlarda qalan bu tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR