“Komandir” romanının növbəti təqdimatı olacaq

Mayın 25-i saat 15-17 arası Kitabevim.az kitab mağazasında ("28 May" metrostansiyası yaxınlığı) Şərif Ağayarın "Komandir" romanının növbəti təqdimatı və imza mərasimi keçiriləcək.

Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat və fəaliyyətinə həsr olunmuş kitabın təqdimat mərasimində romana prototip kimi daxil olmuş kəşfiyyatçılar, hərbçilər, komandirin yaxınları, yazıçılar və media nümayəndələri iştirak edəcək. kulis.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR