İncəsənət əsərlərinin auksionu keçilirəcək - İlk dəfə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Rəsm Qalereyasının və "Auction Baku" MMC-nin təşkilatçılığı ilə "Hilton Baku" otelində 21 may 2019-cu il saat 12:00-da ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcəkdir.  

Olaylar.az bildirir ki, auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzeyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri, "İnqermandland" adlı I Pyotr dövrünə aid döyüş gəmisi maketi auksiona çıxarılacaqdır.

Əsərləri almaq və qiymətləri ilə tanış olmaq üçün auction.baku1@gmail.com  elektron ünvanına müraciət etmək olar .

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR