Afaq Aslanın ölkədən çıxışına qadağa qoyuldu - Açıqlama

Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan müğənni Afaq Aslanın qadağası bir həftədir ki, aradan götürülüb.

Bu sözləri Kult.az-a açıqlamasında müğənninin meneceri Həmzə Məmmədli deyib. O bildirib ki, Afaq Aslana 200 manat vergi borcu olduğu üçün belə qadağa tətbiq edilib:

"Afaq xanımın təxminən bir həftə əvvəl 200 manat vergi borcunu ödəmədiyi üçün ölkədən çıxışına qadağa qoyulub. Borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdi, lakin o, xaricdə olduğu üçün ödəyə bilməmişdi. Belə bir qərar verilən gün isə həmin borc ödənildi və qadağa götürüldü".

Qeyd edək ki, Xəbərçi.az saytının İnstaqram səhifəsi Afaq Aslanın vergi borcunu ödəmədiyi üçün ölkədən çıxışına qadağa qoyulması barədə məlumat yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR