Kitabxanaçılar üçün ixtisasartırma kursları 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları", "Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması" və "Kreativ peşə səriştələri" mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verildi.

Olaylar.az bildirir ki, Şamaxı şəhərində baş tutacaq təlimlərə həmçinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qatılacaqlar. Təlimlər Şamaxı şəhər Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İncəsənət Təhsili Mərkəzi və Mədəniyyət Mərkəzi ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında da təşkil olunacaqdır.

Kursların açılış mərasimində Mərkəzin sosial tərədaşı olan "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov mütaliənin gənclər arasında təbliğ olunmasında dövlət kitabxanalarının əhəmiyyəti barədə məruzə ilə çıxış etdi.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaq.

Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunacaq. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunacaq peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, sosial tarafdaşlar arasında Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Yunus Əmrə İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "Azertac" Dövlət Agentliyi, AMEA-nın müxtəlif institutları və digər qurumlar var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR