"Allah onun bəlasını versin. 5 il bundan qabaq..." - QALMAQAL

Təranə Qumral - Nazənin qalmaqalı səngiyəcək kimi görünmür. Dünən "Hər şey daxil"də Nazəninin vəkilinin dedikləri qarşı tərəfi əməlli-başlı hiddətləndirib.

Milli.Az xəbər verir ki, bu gün sözügedən proqrama telefonla qoşulan Təranə Qumral sərt ifadələrlə qarşı tərəfi ittiham edib:

"Axırda dediyim sözü istəyirəm əvvəldə deyim. Çünki birdən yadımdan çıxar. Allah onun bəlasını versin ki, 5 il bundan qabaq olan şeyi hər dəfə çıxır təzələyir". 

Müğənninin sözünü yarımçıq kəsən Tarix Əliyev (Tolik) "Burada haqsızsınız. İnanın səmimiyyətimə, Təranə xanım. İki bacım var həyatda, heç kim yoxdur. Nazənin xanım heç bu haqda danışmaq istəmirdi. Mən axşam saat 11-də Nazənin xanıma zəng edib, onun vəkilinin nömrəsini istəmişəm və bu mənim haqqımdır. Deyim niyə?! Mən dedim ki, "Mənə vəkilinizin nömrəsini göndərin". Dedi "Mən bilirəm nə haqda danışmaq istəyirsən, lazım deyil" ifadələrini işlədib. 

Təranə Nazənini və ətrafını süni gündəm yaratmaqda ittiham edib:

"Tolik, sən bilirsən də mən də Təranəyəm. Nə kimlərinsə ağlı ilə hərəkət edirəm, danışıram, nə də kimlərinsə maşasıyam indiyənə qədər. Mən indiyənə kimi öz sözümü demişəm. Ona görə deyirəm Allah onun bəlasın versin ki, dünəndən mənim telefonlarım susmur. Dünən mən klinikada idim. Təsəvvür edin ki, mənə nə qədər zəng gəldi - "Sən həbs olunmusan". İnsanların hərəsi bir cür düşünür. Hamı eyni cür düşünə bilmir. Ona görə də mən deyirəm ki, bizim işimiz artıq məhkəmədə bitmiş hesab olunur. "Nərimanov" qüvvədə saxladı, onlar verdilər Apelyasiya məhkəməsinə. Apelyasiya məhkəməsi də qüvvədə saxladı. Sonra verdilər Ali məhkəməyə, Ali məhkəmə də qüvvədə saxladı. Hər dəfə də onlar özləri şikayət verə-verə mən görürəm ki, onlar yenə də öz ambisiyalarını davam etdirirlər ki, güya ki, mən onlardan şikayət edirəm. Heç vaxt mən şikayət etmirəm. Mən məhkəmə qapıları gəzməyi də sevmirəm. Bu dəqiqə onlar əllərində telefon, diktafon səsimi yazırlar ki, "Ay Təranə nə isə birdən desə...", polisə şikayət eləsinlər. O Təranə öldü, yoxdur o Təranə ki, neçə illərdir mən səni gündəmdə saxladım. Bu sənə çox olmuş olar artıq. İkincisidə ki, deyir "Mən həmişə populyar olmuşam". O vaxt onunla qalmaqalımız olandan sonra gedib çıxıb yazdı ki, "Vermədilər aman bizə, çıxaq gedək buralardan". Bilirsən, belə şeylərin artıq mənim üçün qatarı gedib, köhnədir". 

Müğənni aparıcı Tarix Əliyevin (Tolik) növbəti "Siz Təranə Qumral olaraq Nazənindən üzr istəyəcəksiniz?" sualına "Xeyi! Mən üzr istəmədiyimə görə dövlət mənə pul cəzası kəsib. Məhkəmənin qərarı əsasında üzr istəmədiyim üçün o məbləği ödəmək barədə mənə məktub gələcəksə, mən gedib o pulu ödəyəcəm" cavabı ilə qərarını açıq bəyan edib. 

Tolikin "Sizin Azərbaycandan çıxışınıza qadağa qoyulduğu ilə bağlı nə deyə bilərsiniz?" sualına isə Təranə cavab verməkdən yayınıb:

"Mən o haqda heç nə deməyəcəm. Məhkəmə zalı deyil ki, bura?! O da mənə qalsın".

Xatırladaq ki, dünən canlı yayıma qoşulan Nazəninin vəkili Heyrat Qarayev "Bu məsələ ilə bağlı ilk dəfə Təranə Qumral məhkəməyə müraciət edib. Həm Nazənin xanımı, həm də həyat yoldaşı Məhəbbət bəyi məhkəməyə vermişdi. Amma o həmin məhkəmədə uduzdu və sonradan bu proses yuxarı instansiyalara qalxdı və yekun məhkəmə qərarı Nazənin xanımın və Məhəbbət bəyin xeyirinə verildi. Məhkəmə qərarında bildirildi ki, "Təranə Qumral həm Nazənin xanımdan, həm Məhəbbət bəydən üzr istəməlidir, təkzib verməlidir, eləcə də təzminat ödəməlidir. 3500 manat təzminat, amma bu təzminat illərlə ödənilmirdi Təranə Qumral tərəfindən, bu, məcburi şəkildə ödənildi. Amma Nazənin xanım bu pulu götürmədi. Bu pul mənim əlimlə körpələr evinə verilib. Söhbət burada təzminatdan getmirdi, söhbət Təranə Qumralın üzr istəməsindən gedirdi. Mənə bir şey maraqlıdır ki, bütün məhkəmələrdə iştirak edən Təranə Qumral məhkəmədə etiraf edir ki, üzr istəyəcək və təkzib verəcək. Amma məhkəmə bitəndən sonra, saytların əksəriyyətinə açıqlama verir ki, Nazənin xanım uduzub. Üzr istəmək, təkzib verməklə bağlı bilirsiniz ki, Tərtanə Qumral məhkəmənin hökmü ilə məhkumluq adını aldı. Yəqin Təranə Qumral ya bunu bilmir, ya da bilmək istəmir. Onun ölkə hüdudlarından kənara çıxma qadağası da var. Məhkəmənin qərarı icra olunmasa bu qüvvədə qalacaq və üzr istəmə, təkzib vermə mərhələsi yenidən başlayacaq. Çünki məhkəmənin qərarının icrası məcburidir. Ali məhkəmədə də hakim bunu vurğuladı. Hətta Nazənin xanım təşəbbüs göstərirdi ki, Təranə Qumral cərimə olunmasın. Çünki o, 3 min 500 manatı o qədər çətinliklə ödədi ki, bildirirdi ki, "Maddi imkanım yoxdur". Nazənin xanım, Məhəbbət bəy humanistlik edib, məhkəmələrdə bildirirdi ki, o qadına alternativ cəza verilsin. O, məhkum adını alıbsa, həbs kimi bir şeydir" açıqlamasını etmişdi. 

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayeva arasında qalmaqal keçmiş ANS kanalının "Bazar səhəri" verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala "Səni ərimlə tutdum" deyib. T.Qumral isə, öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR