X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimi 

Mədəniyyət naziri Əbülfəs Qarayev M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimində çıxış edərək bildirib ki, X Beynəlxalq Mstislav Rostropoviç Festival həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu vurğulayıb, festivalı Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

Ə.Qarayev bildirib ki, M.Rostropoviç 2006-cı ildə Bakıda keçirilən klassik musiqi festivalı olan Şostakoviç festivalının yaradıcısıdır. Festivalın gözəl musiqi bayramı olacağına əminliyini ifadə edən mədəniyyət naziri, iştirakçı musiqi kollektivlərinə təşəkkürünü bildirib.

Sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib.

İkihissəli konsertdə dünya şöhrətli bəstəkarlar Lüdviq Betxoven, Pyotr Çaykovski və Yohannes Bramsın əsərləri səsləndirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR