Afət Fərmanqızı bu dəfə “Dombra”ya əl atdı

ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinin qonaqlarından biri də müğənni Afət Fərmanqızı olub.

"Ölkə.Az" xəbər verir ki, ifaçı verilişdə maraqlı açıqlamaları və ifaları ilə yadda qalıb. O, verilişə eksklüziv olaraq tam yeni mahnıları ilə qonaq gəldiyini söyləyərək,  ifalarını təqdim edib. Lakin nəğmələrdən birinin "Dombra" olduğu marağa səbəb olub.  Belə ki, ifaçı onu özünün yeni mahnısı kimi təqdim edib.
Xaırladaq ki,"Dombra" mahnısı Noğay Türklərinin xalq sənətçisi  Arslanbek Sultanbekovun ifasında məşhurlaşıb. Nəğmə bütün türk ellərində vətənpərvərlik  marşı kimi qəbul edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR