Kinorejissor Tofiq İsmayılovun 80 illik yubileyi qeyd edildi

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli kinorejissor, ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirildi. Tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, rəsmi qonaqlar, mədəniyyət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Olaylar.az bildirir ki, tədbiri akademik, millət vəkili Rafael Hüseynov açaraq Tofiq İsmayılovla bağlı xatirələrini danışdı. Bildirdi ki, görkəmli sənətkar həyata çox bağlı və arzularla yaşayan bir şəxsiyyət idi. O, Türkiyənin İstanbul şəhərində işlədiyi, Memar Sinan Universitetində çalışdığı vaxtlarda Türkiyə və Azərbaycan mədəniyyətini tanıdan, təbliğ edən mühüm layihələr, tədbirlər həyata keçirib.

Filologiya elmləri doktoru, professor Aqşin Babayev çıxış edərək görkəmli kinorejissorla gənclik illərindən dostluq etdiyini dedi. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış etdi.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi çıxışında T.İsmayılovu dəyərli insan, peşəkar rejissor kimi xarakterizə etdi, onun Türkiyə sənətsevərlərinin yaddaşında unudulmaz sənətkar kimi qaldığını dedi. 

Tədbirdə daha sonra Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist Ötkəm İsgəndərov və başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər. 

Mərhum sənətkarın ailəsi adından qızı Sevinc İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR