Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin beynəlxalq uğurları

Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun dəstəyi və Dövlət Tarixi İnstitiunun təşkilatçılığı ilə Nur-Sultan şəhərində Beynəlxalq elmi konfrans keçirilmişdir.

Olaylar.az bildirir ki, "Mолодежь Великой степи: историческая миссия и формирование нации Единого будущего" adlı Beynəlxalq elmi konfransda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev iştirak etmişdir.

"Parallels between youth pol;cy and volunteeer movement" mövzusu ilə çıxış edən C.Əliyev, Azərbaycan Respublikasında fəaliyyət göstərən könüllülük təsisatı, onun inkişafı və perspektivləri barədə məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə keçirilən Avroviziya, Birinci Avropa oyunları, İslam Olimpiya oyunları, Formula 1 yarışması, Beynəlxaıq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər siyasi, mədəni və idman tədbirlərində istisnasız olaraq könüllülər iştirak etmişlər.

Məruzəsinin sonunda "Böyük çölün yeddi sərhədi" və "Gələcəyə baxış: ictimai şüurun modernləşməsi" məqalələrinə həsr olunan "Başkentim Nur-Sultan, Yolum Nur-Otan" şeirini səsləndirən C.Əliyevin çıxışı alqışlarla qarşılandı.

Dövlət Tarixin İnstitutu ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İnstitutun direktoru tarix elmləri doktoru, professor Burkitbay Ayaqan Mərkəzin Fəxri Fərmanı ilə təltif olundu.

Tədbirin yekununda konfransda iştirak edən gənc alimlərə təşəkkür məktubu təqdim olunmuşdur.

Bundan əlavə, C.Əliyevin müəllifi olduğu "Test psixologiyası" və "Praktik psixologiya məsələləri" institut tərəfindən iştirakçı auditoriyaya təqdim edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR