Şərif Ağayarın romanı Fransada çap olunacaq

Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı Fransanın Strasburq şəhərində fəaliyyət göstərən "Kapaz" nəşriyyatında çap olunacaq.

Roman 5 nəfərlik peşəkar ekspertin dördündən müsbət rəy alıb. Əsərin tərcümə prosesi yaxın günlərdə başlayacaq. 

Xatırladaq ki, Şərif Ağayar imzası bu ilin mart ayında Strasburqda təqdimatı keçirilən "Azərbaycan ədəbiyyatı antologiyası" kitabından diqqəti cəlb edib. Strasburq Universitetinin filologiya fakültəsinin dekanı Jan Pol Meyer Azərbaycan Tərcümə Mərkəzinin tərtib etdiyi almanaxa daxil edilən "Şeqlov üsulu" hekayəsi haqqında yüksək sözlər deyib və bundan sonra nəşriyyat müəllifə müraciət edərək əsərlərini istəyib.

Kulis.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR