Nazirin vətəndaşları qəbulunun vaxtı dəyişdirilib

Mədəniyyət naziri Əbülfəs Qarayevin aprelin 22-də Lənkəran şəhərində nəzərdə tutulan qəbulu mayın 7-nə keçirilib.

Olaylar.az bildirir ki, şəhərdəki Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) saat 11:00-da keçiriləcək qəbulda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR