Muğam Mərkəzinin uğurlu layihəsi -  "Yeni nəsil dəvət edir" 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin  "Xalq çalğı alətləri ifaçılığı" kafedrası tələbələrinin konsert proqramı təqdim edilib.
Olaylar.az bildirir ki, tədbir  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində  həyata  keçirilib.
Konsert Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblının "Bayatı-Şiraz" dəramətinin ifası ilə başlanıb. 
Sonra universitetin tələbələrinin ifasında S.Əliyevanın "Ana", H.Rzayevin "Cahargah rapsodiyası", V.Adıgözəlovun "Şuşam laylay", "Laylay", C.Cahangirovun "Qəzəl", A.Bəbirovun "Konsert"pyes, S.Kəriminin "Ömrümün istəyi", D.Dadaşovun "Çinarənin sevinci", F.Kreyslerin "Məhəbbət sevinci", A.Piazollanın "Ave Mariya" əsərləri səslənmişdi.
Tədbirin sonunda ADMİU-nun хalq çalğı alətləri orkestrinin kamera heyyətinin ifasında Q.Qarayevin "Ehtiraslı rəqs" və V.Adığözəlovun "Qərənfil" əsərləri  ifa edilmişdi.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR