Nazirlik ssenari müsabiqəsi ilə bağlı əlavə məlumat verdi

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsi davam edir.

Olaylar.az bildirir ki, müsabiqədə iştirak üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisinin təqdim edilməsi tələb olunur.

Müsabiqənin münsiflər heyətinin məlumatına əsasən müsabiqəyə maraq gündən-günə artmaqdadır. Təqdim olunan onlarla ssenariyə artıq baxılmağa başlanılıb.

Eyni zamanda münsiflər heyəti qeyd edir ki, bəzi müəlliflər əvvəlcədən elan olunmuş şərtlərdən kənara çıxaraq baxılmaq üçün ssenari deyil, hekayə, povest, pyes və digər janrlarda bədii əsərlər, eləcə də sinopsis və tritmentlər təqdim edirlər. Lakin iştirak şərtlərində göstərildiyi kimi müsabiqəyə yalnız filmlərin ədəbi ssenariləri təqdim olunmalıdır. Əks halda göndərilən işlərə baxılmır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR