Budapeştdə Nəsiminin 650 illik yubileyi qeyd olunacaq

Aprelin 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Yunus Emre İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Budapeşt şəhərində, Yunus Emre İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq ədəbi-musiqili tədbir keçiriləcəkdir.

Olaylar.az bildirir ki, tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti 22-25 aprel tarixində Macarıstana səfər edəcəkdir.

Rəsmi şəxslərin, Azərbaycan və Türkiyədən dəvət olunacaq nəsimişünas alimlərin, macar türkoloqların çıxış edəcəyi tədbirdə Azərbaycan Milli Kitabxanasının fondunda olan, Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin təşkili, azərbaycanlı tələbələrin və yerli macar musiqiçilərin ifasında şairin qəzəllərinin və sözlərinə yazılmış musiqi parçalarının səsləndirilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Macarıstan İnsan Resursları Nazirliyində və Macarıstan Milli Kitabxanasında görüşlərin keçirilməsi, iki ölkə arasında "Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı"nın imzalanması, eyni zamanda Macarıstan Milli Kitabxanasında qədim şərq (Azərbaycan, türk, ərəb və fars) əlyazmaları fondu ilə tanışlıq planlaşdırılmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR