Emma Ələkbərzadə Bakının məşhur restoranında ZƏHƏRLƏNDİ

Müğənni Emma Ələkbərzadə zəhərlənib. Sənətçi bu haqda özünü sosial media hesabında informasiya verib.

Bildirib ki, paytaxtın Bayıl ərazisində yerləşən "Riviera" restoranında salat yeyib. Bundan sonra onun halı psiləşib:

"Bayılda "Riviera" restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər".

Emma izləyicilərinə bir daha həmin restorana getməmələrini tövsiyə edib. Qeyd edib ki, bayram bitəndən sonra həmin məkana gedib, şikayət edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR