“Həyatla oyun” tamaşası nümayiş etdirilib

Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komiyyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən hazırlanmış "Həyatla oyun" tamaşası cari ilin mart ayı ərzində Azərbaycan Turizm Menecment, Memarlıq və İnşaat, Kooperasiya, Neft və Sənaye Universitetlərində, Bakı Ali Neft Məktəbində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilib. "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən bildirilib ki. tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir. Tamaşada hadisələr real həyatdan götürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR